Bənzər (Molla Məhəmməd Səfili)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bənzər (Molla Məhəmməd Səfili)
Müəllif: Molla Məhəmməd Səfili
Mənbə: Asif Hacılı. Axısqalı Aşıq Molla Məhəmməd Səfili. Bakı: Mütərcim, 2014.

Ey ağalar sizə tərif eyliyim,
Çəkduğum zəhməti sizə söyliyem,
Bu fəni dünyada cani neyliyem,
Bir yari aldım ceyrana bənzər.

Ağrıya gəlmisin, egməsə olmas,
Bu cahanda böylə kimsəyə qalmaz.
Qüsura qalmayın, bu iş fənəsiz olmaz,
Bir qız aldım huri mələgə bənzər.

Səfili, talıb yari sevməgin gərək.
Qaşlari qara, kiprikləridur dirək,
Zeyn sevmişdir canani bu ürək,
Çənnətu ridvanına o gözəl bənzər.