Məzmuna keç

Bənzərdi (Əhməd Cavad)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bənzərdi (Əhməd Cavad)
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27.

Bayıhrkən gözlərindən, qaşından,
Sevirkən onu pək gənc yaşından;
Bənim çaldı ürəyimin başmdan,
Bir yılan ki, göyərçinə bənzərdi!

İtirdim hədəfi, qırıldı yayım,
Bu şikardan bənim yoxdur bir payım.
Başqa Tanrı göstər, ona tapayım,
Sənin eşqin, çünki dinə bənzərdi!

Keçirdim dərd ilə çox qışı, yazı,
Həsrətlə bəklərkən o sərvinazı!
Uzatdı əlimə qırılmış sazı,
Çaldım... nəğməm bir ölümə bənzərdi.

Hörürdüm saçını bir qəzəl kimi,
Çıxırdın qarşıma bir gözəl kimi!
Əski şair yazmış bir məsəl kimi
Baxışların bir şahinə bənzərdi.

Bilməm ki, şəfəqsən, ruhsan, xülyasan?
Həqiqətmi parlar, yoxsa röyasan?
Saçında çiçəklər, sən Ofelyasan!
Onun saçı, səninkinə bənzərdi!
Hamlet, "Azərbaycan ”, 1919, 19 oktyabr