Bənzərsən (Aşıq Alı)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Bənzərsən Müəllif: Aşıq Alı |
Mənbə: Araz Yaquboğlu, "Daşkənd və daşkəndlilər", Bakı, "Hərbi Nəşriyyat", 2012. |
Süsənli, sünbüllü, tər bənövşəli,
Yaylaq, bizim yaylaqlara bənzərsən.
İçən ölməz abi-kövsər suyunu,
Bulaq, bizim bulaqlara bənzərsən.
Cənnət olub bizim yerin bu çağı,
Ağ lavaşı, kərə yağı, qaymağı,
Qızlar dəstələnib gəzər oylağı,
Oylaq, bizim oylaqlara bənzərsən.
Ket Dağı, Əyricə, Daşkənd baxarı,
Ağ sürülər, Sarıyaldan yuxarı,
Var bizim suların əcəb axarı,
Çaylaq, bizim çaylaqlara bənzərsən.
Alının gəzdiyi üç gözəl dərə,
Şeqaiq, Çiçəkli, xoş Cözəldərə,
Şahdağdan görünür Başgözəldərə,
Uç dağ bizim, o dağlara bənzərsən,