Məzmuna keç

Bərgi-nəsrin üzrə mişkin zülfünü dam eyləmə

Vikimənbə saytından
Bərgi-nəsrin üzrə mişkin zülfünü dam eyləmə
Müəllif: İmadəddin Nəsimi


Bərgi-nəsrin üzrə mişkin zülfünü dam eyləmə,
Aşiqi-aşüftəyi bisəbrü aram eyləmə!

Şol moğolçin nərgisinlə çünki qapdın könlümü,
Bağrımı cövrinlə pürxun, ey dilaram, eyləmə!

Kimsə çün yarın vüsalın bulmadı tamat ilə,
Əbsəm, ey xəlvətnişin, əndişeyi-xam eyləmə!

Və’də qılmış həq bizə çün səlsəbilü hurü eyn,
Qoyma əldən şahidi, tərki-meyü cam eyləmə!

Aşiqi-sadiq duzağın quşu, ey zahid, degil,
Danə düzmə təsbihi, səccadəyi dam eyləmə!

Zülfü rüxsaridir anın zikrimiz hər sübhü şam,
Zikrsiz hərgiz, ilahi, sübhümüz şam eyləmə!

Çün Nəsiminin muradı sənsən, ey arami-can,
Xəlq içində anı düşmənkamü bədnam eyləmə!