Məzmuna keç

Bəri bax (Molla Cümə)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bəri bax
Müəllif: Molla Cümə
Mənbə: Paşa Əfəndiyev. "Molla Cümə (həyatı və yaradıcılığı)" (PDF) (az.). "Ləman nəşriyyat poliqrafiya". 2017. İstifadə tarixi: 2018-08-31.

Başına döndüyüm alagöz ceyran,
Aç gözünü, amandır, bir bəri bax.
Yar olan yarına eylər bir çarə,
Halım olub yaman, bir bəri bax.

Giriftar eylədin dərdə məni də,
Gül durubdu, sevdiyim, sağ yanında,
Mən ovçuyam sən maralın dağında,
Sürüdən ayrılmış, ceyran, bəri bax.

Cüməni salmısan sən yanar oda,
Qoymadın, əzizim, yetəm murada,
Əslini bilmədim, ey mələkzada
Hurisən, Pərisən, qılman, bəri bax.