Məzmuna keç

Bəsdir yetər axir!

Vikimənbə saytından
Bəsdir yetər axir!
Müəllif: Mirzə Əli Möcüz


Nәdir bu nazü istiğna, gecә oldu sәhәr axir,
Könül şad eylә bir tәk busә ilә ey gözәl, axir!

O güllәr ki, açıbdır gülşәni-hüsnündә rәngarәng,
Hәmişә eylә tәr qalmaz, bala, vallah, solar axir!

Dedim: saqi, gülәrsәn sәn niyadaim? Dedi: çünki
Gülәn dә, ağlayan da, dari-dünyadan gedәr, axir.

Al, iç bu badeyi-nabi, xәyalәt ilә әllәşmә,
Danış, gül, oyna, cәlladi-әcәl qanın tökәr axir.

Fәlәk bir tac ilә bir tәxt vermişdi Kәyumәrsә[1],
O tacü tәxtә oldu namizәd ali-Qәcәr axir.

Yüz il qan ağladı millәt, vәli, ahәstә-ahәstә,
Tükәndi qәlb evindә sәbr, ucaldı nalәlәr axir.

Vәtәndә qalmadı bir yer ki, viran etmәsin Qacar,
Fәrar etdi vәtәndәn millәti-xunincigәr axir.

Min üç yüz qırx iki il keçdi çün tarixi-hicrәtdәn,
Qәza sәslәndi: Zalim, dur görәk, bәsdir, yetәr axir!

O qәsri ki, edәrdi sәcdә millәt asitanindә,
O qәsrә qaldı hәsrәt zadeyi-bidadgәr axir.

Xilas oldu Vәtәn, әhli Vәtәn, Möcüz, bihәmdüllah,
O tәxti badә verdi padişahi-bihünәr axir.

İstinadlar

[redaktə]
  1. Qədim İran şahlarındandır