Bəsti

Vikimənbə saytından
Bəsti
Müəllif: Şəmkirli Aşıq Hüseyn
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005 (az). Orijinal mənbədən 2010-09-23 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-06.

Gəlməyib bərabərin küllühüm, cahana, Bəsti!
Ləblərini bənzətmişəm gülə, ireyhana, Bəsti!
Dişlərini oxşatmışam ləli-bədəxşana, Bəsti!
Yer üzündə gözəl sənsən, qalanı əfsana, Bəsti!

Qatılsa yüz gözələ ay içində tək görünür,
Nütfə deyil halalzada bilin özü pak görünür,
Səndən qeyri gözəllərin yaxaları çak görünür,
Geyinibdi zər qırmızı, bənzəyir tərlana Bəsti!

Gəşt edib mən görmüşəm, yoxdu taym Gürcüstanda,
İrəvan, Gəncə, Bakı, yeddi kral Dağıstanda,
Bundan bir ətir gəlir, bəlkə yox baği-rizvanda,
Ya huridi, ya pəridi, bənzəyir insana Bəsti!

Belə gözəl bu nişanda şəhər, çöldə görməmişəm,
Yanağın gözəlliyini lalə, güldə görməmişəm,
Belə ləfzü nə qumruda, nə bülbüldə görməmişəm,
Şəmkir üstə xəlq olunub, qeyri eldə görməmişəm.
Aşıq Söynü güzəşt elə, getsin Naxçıvana, Bəsti!