Bəxş edib zövqi-səfa aləmə mövludi-Əli

Vikimənbə saytından
Bəxş edib zövqi-səfa aləmə mövludi-Əli
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 48-49

Bəxş edib zövqi-səfa aləmə mövludi-Əli,
Göz açıb dəhrə bu gün mülki-vilayət gözəli.
Xaliqə bəndədi, Peyğəmbəri-İslamə Vəli,
Ona Allah elə bir rütbeyi-əlanı verib,
Ona Peyğəmbər əmanət qızı Zəhranı verib.

Mat olub ərzi-səma əhli gözəl surətinə,
Olsun izzətlilərin canı fəda izzətinə,
Qeyrətin qeyrəti çatmaz Əlinin qeyrətinə,
Çün Əlidir kişilik məktəbinin ustadı,
Mərifət əhlinə ruhani qidadır adı.

Vardı məxsusi bir iz Kəbədə qalmış əbədi,
Beytül-Həqq etdi qəbul Fatimə binti Əsədi,
İznilə körpəsini bətndən azad elədi,
Olmayıbdır belə bir hadisə tarixdə hələ,
Hansısa ibn-bəşər Kəbədə dünyayə gələ.

Əlitək şah hanı, ey qafil, ədalətlə de,
Əlinin ismini, ey şiə, şərafətlə de,
Sorsalar kimdir Əli, susma, şərafətlə de,
Dustdur Allahın ən sevgili peyğəmbərinə,
Nökər ollam oların nokərinin nokərinə.

Ey olar hər iki dünyada vəfa əhlinə şah,
Gecə-gündüz sənə heyrətdədi xurşid ilə mah,
Asimani bürümüş nuri-təcəllavü-sabah,
O, Günəşdirmi məgər pərdeyi-rüxsarın açıb,
Ya Əlinin üzüdür, cilveyi-rəbbani saçıb.

Qafila, etmə təsəvvür dəli-divanələri,
Aqil adlandırar aqil vəli divanələri,
Tanısın qoy bizi dünya Əli divanələri,
Eşqi-Heydər elə atəşdi ki, əsla sönməz,
Hər kimin zatı halal olsa Əlidən dönməz.

Ey Vüqar, heç fikrim yoxdu mənim dahi olam,
Budu fikrim ağamın çakəri-dərgahi olam,
Mən kiməm, mən nə itəm ki, Əli məddahi olam,
Əlqərər, Əli bir şahdı ki, yerlər-göylər,
Eydi-mövluduna şövq ilə mübarək söylər.