Məzmuna keç

Bəxt aparıram

Vikimənbə saytından
Bəxt aparıram
Müəllif: Şifahi xalq ədəbiyyatı
Mənbə: Səadət Hacıyeva. Nanaylı-halaylı dünyam (PDF) (az.). "SkyG". 2017. ISBN 978-9952-440-08-05. İstifadə tarixi: 2017.

Kənddə iki qıza toy olur. Qızlar hərəsi başqa-başqa kəndlərə gəlin köçməli olurlar. Toyun səhəri qızların cehizlərini arabalara yükləyib yola salırlar. Qızlardan biri varlı ailənin qızı olur. Araba dolusu ipək yorğan-döşəklər, qu tükündən yastıqlar, gümüş bəzəkli sandıq, içi dolusu qızıl suyuna çəkilmiş gümüş qab-qacaqlar... Daha nələr, nələr... O biri qız isə kasıb ailənin qızı idi. Bir farmaşın içində bir dəst yataq, bir sandıq, içində də beş-altı mis qab-qacaq. Araba getdikcə boş sandığın içində danqıldayan qab-qacaqların səsini eşidən varlı qız kasıb qıza istehza ilə deyir:
– Cehizin elə budumu? Bax gör mən nələr aparıram.
Kasıb qız köksünü ötürərək deyir:
– Neynək, Sən qızıldan teşt apar, mən isə bəxt aparıram.