Bəxti-nafərcam tək acılmadı qarə sabah
Görünüş
Bəxti-nafərcam tək acılmadı qarə sabah Müəllif: Mücrüm Kərim |
Mənbə: XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005. |
Bəxti-nafərcam tək acılmadı qarə sabah,
Ki, deyəm hali-dilim yari-cəfakarə sabah.
Məni rüsva elədi bəxti-siyahim gecələr,
Ki, necün gəlmədi bir dəm eləyə carə sabah.
Usanıb zülm binasından, edib şərmu həya,
Eyləmə sineyi-əfkarımı sədparə, sabah!
Yataram hicr dəmində, elərəm ahu fəğan,
Nəlur izhar edəsən halımı ol yarə, sabah!
Nə uzun oldu fəraqın gecələr, gəlmədi subh,
Yazığam, ruzi-vüsalə yetir, ol karə sabah.
Mənə ol qədr təğaful elədi munca zaman,
Az qalıbdır ki, olam dərbədər, avarə, sabah.
Kərimin kimsəsi yoxdur ki, deyə, hali-dilin;
Həmdəm ol bir necə dəm mən kimi qəmxarə, sabah.