Məzmuna keç

Bəxtim bana uz verdi, şərabdarə yetişdim

Vikimənbə saytından
Bəxtim bana uz verdi, şərabdarə yetişdim
Müəllif: Mir Həmzə Nigari
Mənbə: XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005.

Bəxtim bana uz verdi, şərabdarə yetişdim,
Opdum ayağın, kaseyi-sərşarə yetişdim.
 
Hər şamu səhər kaseyi-sərşar ilə omrum
Sərməst kecib, badeyi-əsrarə yetişdim.
 
Nəqqaşi-əzəl cəkdi bənim nəqşimi aşiq,
Bu rutbeyi-həq dad ilə didarə yetişdim.
 
Oldum həme dəm nəqşi-Nigarim ilə məşğul
Əl dəgmədi bir karə, qələmkarə yetişdim.
 
Bəxş eylədi ol sərxəti-məşqim bana bir hal,
Pərkarə nə hacət, elə bir karə yetişdim.
 
Hər şamu səhər seyri-suluk eylədim axir,
Xaki-qədəmi-Əhmədi-Muxtarə yetişdim.
 
Əlminnəti-Lillahi ki, ey Miri Nigari,
Kamim bana yuz acdı, kərəmkarə yetişdim.