Bəyan eylədi

Vikimənbə saytından
Bəyan eylədi
Müəllif: Dirili Qurbani
Cahannamə
Mənbə: Qəzənfər Kazımov (2008). Seçilmiş əsərləri (10 cilddə, III cild) (az). Nurlan. Orijinal mənbədən 2018-09-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-09-05.

Şükür dәrgahına qadir Allahın,
Mәhәmmәd dinini bәyan eylәdi.
Sidqnәn çağırsan, saqiyi-kövsәr
Hamı dәrdlilәrә dәrman eylәdi.

Fatimeyi-Zәhra – xatuni-mәhşәr,
Şәfaqәt babamız Zübeyni-Zәbәr,
Abidin, Baqirin, ol imam Cәfәr
Hәr kim inam etdi, sәbәb eylәdi.

Museyi-Kazıma olmuşam mail,
Onun hörmәtinә şad oldu sail.
Qәrib ağam verdiyinә mәn qail,
Eylә ki, ahunu azad eylәdi.

Yaz ayında lalә bürüyәr dağı,
Hәmişә sәbz olsun möminlәr bağı.
Doqquzuncu imam Mәhәmmәd Tağı,
On iki imam (ağayan [?]) eylәdi.

Gәl sәnә әrz edim yoldan, әrkandan,
Qiymәtli gövhәrlәr bilinir kandan.
Hәsәn Әsğәridәn, Sahibzamandan
Elmi-imamәti tәmam eylәdi.

Söylә, ver cәvabı, sәn olma dilgir,
Üsuliddin beşdi1, deyim birbәbir.
Әvvәli tövhiddi, Allahı bil bir,
İkinci bir adil divan eylәdi.

Bivәfa dünyada ömr gedir bada,
Üçüncü nübüvvәt düşübdür yada.
Yüz iyirmi dörd min peyğәmbәrzada
Mәhәmmәd xәtmini zәman eylәdi.

Dәrd әlindәn saralıban solmuşam,
Ah çәkibәn dәryalara dalmışam.
Dördüncü imamdır, yәqin bilmişәm,
On iki imamı ağayan eylәdi.

Dünyaya gәlәndә könlüm oldu şad,
Hәr qonan, hәr keçәn qurur bir bünyad.
Axır aşkar oldu üçüncü miad,
Ruzü hәştü hәftü bәyan eylәdi.

Ölümü sal yada, qılma imdadı,
Firuiddin ondu,2 yoxdu xilafı.
Oruc tut, namaz qıl, ver xüms-zәkatı,
Hәcci-cәhan, nәfsi-iman eylәdi.

Xuda bilir ömrümün nә bağıdı,
Әmr be mәruf, nәhy-әz-münkir çağıdı.
Tәvәlla, tәbәrra ruh yığnağıdı,
Altmış üç mәsail sual eylәdi.

Müqәddimat yeddidi1, yoxdu xilafı,
Әvvәli töhrәtdi, abü müzafı.
Füzüm, yәyum, qüsul - eyni kafı,
İzhamı pak, sidqi pünhan eylәdi.

Havada gәşt eylәr Süleyman taxtı,
Yeddidi, iras bil, qıvlanın vaxtı.
Mәhәmmәdә gәldi Quranın xәtmi,
Tövratı Musaya әyan eylәdi.

Müqarimat sәkkizdi, namazdı ehram,
Әvvәli qiyamәt, qiraәt tamam.
O rüku, tәşәhhüd, sücudü sәlam,
İsmayıl vacibi qurban eylәdi.

Sәn görgünәn bu dünyanın işini,
Sevgi irab edir könül quşunu.
Vacib bildim şәkkiyyatın beşini,
Beş sәfi kәlamı bәyan eylәdi.

Nә mürәkkәb, nә cismi, nә canı var,
Heç kimsәnә bilmir, nә mәkanı var.
Nә vәziri, şәriki, hәmşanı var,
Beyqafıl nurundan bünyad eylәdi.

O sәkkiz cәnnәtin biri baqidi,
Altmış üç mәsәlin biri baqidi,
Mәrifәtullahdı, biri saqidi,
Altıncı qüsl bizi asan eylәdi.

Qüsli-meyyit, mәsti-meyyit, cәnabәt,
Heyzü nifas, istehazә tәmamәt,
İstehazә, bilin, olub üç babәt –
Üçdәki vacibi-zәnan eylәdi.

Mütәfәsirә, kәsirә, qәlil,
Xudaya, sәn bizi eylәmә zәlil!
Kәbәni tikdirdi İbrahimxәlil,
Qiblәni dә islam inam eylәdi.

Qurbani, abidal söylәmәz yalan,
Hәsәnә, Hüseynә canımız qurban.
Yusifin nәsibi yeddi il zindan,
Misirdә bir ali sultan eylәdi.