Bağlandı
Görünüş
| Bağlandı Müəllif: Çıldırlı Aşıq İrfani |
| Mənbə: Əli Şamil. Çıldırlı Aşıq İrfani (şeirləri, haqqındakı dastan-rəvayətlər), Bakı, “Elm və təhsil” nəşriyyatı, 2016 |
Yeni başdan dərdə düşdüm oxlandım,
Dəli könlüm bir sevdaya bağlandı.
Özü şirin, sözü şirin, şux gözəl,
Qəmzəsi ox, qaşı yaya bağlandı.
Şirin gülər, şirin söylər, naz eylər,
Hər kəmiyi yüz min türlü saz eylər,
Çarqatı çevirip tel pərvaz eylər,
Sanarsan bulutdu, aya bağlandı.
İrfani yenidən buldu bir dövlət,
Daha hərcayıya eyləməm minnət,
Əski beynəvadan qalxdı məhəbbət,
İndi könlüm Xürrəmzaya bağlandı.