Bağlasın
Görünüş
Bağlasın Müəllif: Aşıq Qurbani |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Yaralandım ürəyimin başmdan,
Yara deynən yaralarım bağlasın!
Oxlanmışam kirpiyindən, qaşından,
Mən ölürəm, onu Allah saxlasm!
Naşı təbib dərdə dərman etmədi,
Canan gəlib göz önündən ötmədi,
Həsrət öldüm, əlim yara yetmədi,
Vəzir də mənim tək kamm almasm!
Qurbaninin dərdi həddən ziyada,
Çağırsam ağamı, yetişər dada,
Desələr necoldu, o binəva da:
Mən al geydim, o qaralar bağlasm!