Başçıları razı salıb, xalqın dadına çatan
Görünüş
Başçıları razı salıb, xalqın dadına çatan Müəllif: Xaqani Şirvani Tərcümə edən: M.Mübariz |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Başçıları razı salıb, xalqın dadına çatan,
Qoruyacaq bütün xalqı ən dəhşətli bəladan.
Sözün düzü, o şöhrətin zirvəsinə çatsa da,
Nə təmənia, nə diləyim, nə arzum vardır ondan.
Bizə feyzi Allah verib, o da geri qaytarır,
Haqq yoluna qayıdanlar azad olur cəzadan.