Başıma
Jump to navigation
Jump to search
Başıma Müəllif: Şəmkirli Aşıq Hüseyn |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005 (az). Orijinal mənbədən 2010-09-23 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-06. |
Zalım fələk, səndən şikayətim var,
Aman fələk, nə gətirdin başıma.
Məni cida saldın sən tay-tuşumdan,
Niyə zəhər qatdın şirin aşıma.
Belə yerlər qalsın görüm virana,
Əlim çatmır indi dağa, arana,
Bir atımı verdim tipi borana,
Bir baxın yox gözdən axan yaşıma.
Mən Hüseynəm, yada saldım elimi,
Soyuq tutdu dəhanımı, dilimi,
Bir bülbüləm, cida salıdm gülümü,
Dost sözün almadım əbəs guşuma.