Məzmuna keç

Başına döndüyüm, a Şirvan əhli

Vikimənbə saytından
Başına döndüyüm, a Şirvan əhli
Müəllif: Aşıq Mirzə Bilal
Mənbə: "Ozan dünyası" jurnalı. №1(1), 2010. səh.51-52

   
Başına döndüyüm, a Şirvan əhli,
Nə şəhər əhliyəm, nə də kənd əhli.
Qəfil məni bir dilbilməz ovladı,
Gecə-gündüz başı müsibətdəyəm.

Sinəmə ox dəyib, yaram ağrıyır,
Təbiblər bilməyir haram ağrıyır,
Taqətim yoxdur ki, duram yeriyəm,
Gör nə sevdalıyam, Məcnun dərdliyəm.

Görmüşəm, sevmişəm, olmuşam bihal,
Atam Mustafadır, öz adım Bilal,
Yediyim-içdiyim olubdur halal,
Soruşsaz əslimi, mən qəşədliyəm.