Baş endirər
Görünüş
Baş endirər Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Aşiq olan üzdə gəzməz,
Dərinə baş endirər.
Hamı şagird qulluğunda,
Pirinə baş endirər.
Leyli Məcnunu sevdi,
Hər ikisi bir-birin.
Hər kəsin sadiq yarı var,
Yarına baş endirər.
Binamus, biqeyrət kəs,
Xalis atadan əyri.
Arğacından kəç qarışan,
Budaq butadan əyri.
Nadürüstdə kərəm olmaz,
Əzəl xatadan əyri.
Hər kəsin namusu var,
Arına baş endirər.
Məmmədhüseyn qəflətdəydi,
Səda gəldi guşinə.
Yüz iyirmi dörd min nəbidi,
On iki imam başinə.
Yoxsulluğun qaydasıdı,
Dolanar var başına.
Hər kəsin ki, dövləti var,
Varına baş endirər.