Baş qoyub dərgahına pabusdən etdi mültəməs
Görünüş
Baş qoyub dərgahına pabusdən etdi mültəməs Müəllif: Matəmi |
Baş qoyub dərgahına pabusdən etdi mültəməs,
Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Başumi yastınmaq üçün, ey güli-baği-camal,
Balişi-rəhmət gəlür kuyində olan xaru-xəs.
Kövkəbi-burci-şərəfsən, ey kəmanəbru, saqın,
Kim irişür, mehrü-mahə tiri-ahim hər nəfəs.
Qayib olalı nəzərdən abi-heyvanəm bənəm,
Həsrətindən əşki-çeşmim oldi ceyhunü-ərəs.
Ey Xizr, abi-bəqa nuş eyləsən kim «Matəmi»,
Zəhri-qəmdən nuş daruyi-əcəl qıldı həvəs.