Məzmuna keç

Baba, əzəmətli söz, Arif Hikmətli gözdür

Vikimənbə saytından
Baba, əzəmətli söz, Arif Hikmətli gözdür (1993)
Müəllif: RAUF CAVAD

Sevgili Babamız edib bizləri nəsihət,
Verib hər zaman bizlərə İlahi məsləhət.
Uşaq ikən Ata kimi alıb nazımızı,
Ana kimi yanıb, soruşub hər halımızı.
Biz içmişik şirin suyu, saf bulaqdan Hikmət!

Bizi görəndə can babamız, sevib ağlardı,
Öpüb ləbləri, Həsəni bağrına sıxardı.
Susuz ləblərə, O saf Gözəlliyə baxardı,
Öpüb boğazimi, dərd-halımıza yanardı.
Qəlbimiz döyünüb, səslərdi ümid-Mərhəmət!

Muhəmməd var ikən, bəşərə gün, həyat idi,
Yetim-yesirə dayaq, O, şirin sovqat idi.
Onsuz həyat, bizlərə həp ağrı-acı idi,
O, aləmlərə Nemət, Həqq yazı-tacı idi.
Hər kəsə əl tutardı, Əli Sevgi-Ədalət!

Baba, əzəmətli söz, Arif Hikmətli gözdür,
Ata, sədaqətli dost, uca heybətli sözdür.
Ana, hər dərdə yardır, baba-nənə min candır,
Qardaş-bacı dövlətli vardır, canı bir qandır.
Bu dünyada hamı bir bədən, Əsli Məhəbbət!

Əhməd baba, bizə taha, kamil nümunədir!
Əli, kimsəsizə Ata, şamil zəminədir!
Zəhra, aləmi zərr, Şəfqət-Mərhəmət anası!
Həsən-Hüseyn, rizvanü cənnnət, Zinyyət ağası!
Raufdur Abbas, məhəbbəti incə Sədaqət!