Bacım
Görünüş
Bacım Müəllif: Aşıq Heydər |
21 yaşlı baçısı Gülsənəmin faciəli ölmünə həsr etdiyi şeir Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər) |
Bu zalım dünyada simsar tapmadım,
Hər yerdə dayağım oldun, ay bacım!
Sərkərdən, sərkərdən gəzib dolandım,
Mən dedikcə dərdlərimi say, bacım!
Bir maral baxışlı, bir bal dodaqlım,
Bir büllur buxaqlı, ayna qabaqlım,
Bir piyalə gözlüm, bir zər yanaqlım,
Bu yerdə tapılmaz sənə tay, bacım!
Allahım yaradıb sanki bir mələk,
Yaxamı tanıdı inadkar fələk.
Əl atdı kəməndə göstərdı kələk,
Nakam getdin bu dünyadan vay, bacım!
Zalım fələk aldı bacım Sənəmi,
Pozdu növrağımı, yıxdı binəmi.
Hicran tapdağıyam, açma sinəmi,
Yetişmiş yarama məlhəm yay, bacım!
Hər yerdə qədrimi bılən sən oldun,
Axan göz yaşımı silən sən oldun,
Heydərlə fəxr edıb gülən sən oldun,
Daha qalmayıbdır məndə hay, bacım!