Məzmuna keç

Badi-Səba, tərəhhüm elə binavalərə

Vikimənbə saytından
Badi-Səba, tərəhhüm elə binavalərə
Müəllif: Zikri Ərdəbili
Mənbə: Zikri Ərdəbili. Cənubi Azərbaycan Ədəbiyatı Antologiyası (az.). Bakı: "Azərbaycan". 1980. 1881-06-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1980-10-05.

Badi səba,tərəhhüm elə binavalərə,
Arzum yetir vətəndə olan aşinələrə.
Ey dost, tərkim eləmə,tərk etmərəm səni,
Qiymətli Dürrsən,sata bilməm kədalərə.
Çay nəqdi nimxəddə ərzandı bilmişəm,
Layiq nədir bu xəndeyi-döndanümalərə.

Zahid, uduzma əqlini cənnət havasına,
Hüri-behişt oxşamaz hüriliqalərə.
Qəm çəkmə,sevdiyim,sənə qəm çəkmək heyfdir.
Qəm yaxşıdır mənin kimi bəxti qarələrə.
Bidərdlərdən umma dəva dərdə ,ey könül,
Dərd əhli dərdinin yetirərlər dəvalərə.