Bahar (Cəfər Cabbarlı)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Bahar Müəllif: Cəfər Cabbarlı |
"Məktəb" jurnalı, 6-cı nömrəsi. 1915-ci il, 3 aprel. |
Novbahar oldu, günəş şölələnib nur saçır,
Qar ərir, sellər axır, ot göyərir səhradə.
Yeni çıxmış gülə baxdıqca da bülbül dil açır,
Gül budağına qonub nəğmə oxur azadə.
Dərələr, dağlar, ağaclar yaşıl, əlvan hər yan,
Sərbəsər xələti-ətləslə bəzənmiş gülşən,
Bu nə qüdrət ki, ona olmamaq olmaz heyran!
Xaliqin qüdrəti-bihəddinə əhsən, əhsən!
Ah, yellər nə həzin, fikr elə, san ney çalınır,
Hanı bəs qışdakı evlər uçuran qüdrətiniz?
İndi gör əsməyinizdən nə gözəl zövq alınır!
Unudulmuş o sudan qar yaradan hiddətiniz.
Bağa bax, bostana bax, bağçaya bax, gülləri gör,
Gülü gör, bülbülü gör, zövq apar dünyadən.
Xaliqin qüdrətini bil, bu yaranmışları gör,
Yatma, dur bax, götür əl qəfləti-bipərvadən!