Məzmuna keç

Bakı limanına nazir təyin olunması haqqında I Şah Təhmasibin fərmanı

Vikimənbə saytından
Bakı limanına nazir təyin olunması haqqında I Şah Təhmasibin fərmanı (1564-cü ilin aprel ayı)
Müəllif: I Şah Təhmasib
Mənbə: Azərbaycan tarixi üzrə qaynaqlar. Süleyman Əliyarlı. Bakı, 2007. səh. 189-190.


Bu vaxt sədrlərin, habelə yer və dənizlərə sahib olanlardan ən böyüyünün fərmanını təqdim etmiş Xəlifə ġeyx Zahidin -onun sərvət və səadəti var olsun dindarlıq və əminliyini nəzərə alaraq, onu dəniz sahillərindəki gəmiçilərin və tacirlərin naziri və başçısı tə'yin etdik ki, həmin camaatın işlərinə ciddiyyətlə nəzarət etsin, yaxşı və yaman [vaxtlarında] onlara baş çəksin. Dava və düşmənçiliklərə son qoyub ayırd etsin. Ərze çatdırılması vacib olan işləri ən yüksək məqama çatdırsın və əmr olunan qayda üzrə əməl etsin. Muxtavəndlərin və dəniz sahili tacirlərinin rəftar qaydası bundan ibarət olmalıdır ki, öz çətinliklərini ona açıb desinlər, onun məsləhətinə tabe olsunlar. Onun xəbəri olmadan ətrafda və bu tərəf, o tərəfdəki amillərə bir dinar belə lüzumsuz [pul] ödəməsinlər. Hökm və qayda-qanunun əleyhinə hərəkət etməyərək, vərilmiş qayda üzrə rəftar etsinlər. Kənara çıxdıqları təqdirdə cəzalandırılacaqlarını bilsinlər.

Yazıldı 971-ci ilin ramazan ayında