Bakıdan ayrılarkən

Vikimənbə saytından
Jump to navigation Jump to search
Bakıdan ayrılarkən
Müəllif: Səfvət
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Gəldi ziyarətə səni, ey xak, övladm,
İllər boyunca canıma qüwət verib adın.
Odlar yığmcağı yerin altmda səndədir,
Yoxsa səbəb odur ki, soyuqlarda solmadın.
Ey şanü şöhrəti dutan afaqı sərbəsər,
Ey qəhrəman doğan ana, ey mehriban qadm,
Şən qal, gözəl yaşa, analar yurdu ey vətən,
Zillət kəməndinə özünü çünki salmadm.
Düşmənlər ölkəsində əsir pərçəmin sənin,
Qaytarmağa faşizm elin avarə qalmadın.
Tarix səhifəsində yazılmış fəzilətin,
Fəxrimdi bu ki, onlan tapdın, unutmadın.
Yrfana doğru elmü təməddün yolun dutub,
Dərk eylədin də mərifətin ləzzətin, dadın.
Açdın səadətin yolunu xəlqinə bu gün,
Gördüm səni ki, bir gecə olsun da yatmadın.