Ballı

Vikimənbə saytından
Ballı
Müəllif: Aşıq Qoca


Tovuz kimi sığallanıb,
Xına yaxıb telə Ballı.
Zər ətəkli gümüş kəmər,
Qurşayıbdır belə, Ballı.

Açılıbdır ay qabağın,
Şəkərdən şirin dodağın,
Bənzəyir lalə yanağın,
Bağçalarda gülə, Ballı.

Kim sevməz bu yaşılbaşı,
On beşə yetişib yaşı,
Sallanıb Qocaya qarşı,
Gəlir gülə-gülə, Ballı.