Baxın (Çoban Məhəmməd)

Vikimənbə saytından
Baxın (Çoban Məhəmməd)
Müəllif: Çoban Məhəmməd
Mənbə: Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 30

Başına döndüyüm, ali məhkəmə,
Tədqiqatnan mənim işimə baxın.
Haqsızlar haqqımı əlimdən alıb,
Çox çətinlik gəlib başıma baxın.

Qıçım invaliddi, bədənim xəstə,
Şura hökumətinə düşmüşəm bəstə.
Əcəl yastığında, özüm can üstə;
Səksəndən üç əysik yaşıma baxın.

Yazıq Məhəmmədəm, düşgün, ixtiyar,
Eşitsin yoldaşlar, olsun xəbərdar;
İnanmaqdan ötrü bir şahidim var,
Qalmayıb ağzımda dişimə baxın.