Bax, nəzər eylə də həmən arif оl.
Görünüş
Bax, nəzər eylə də həmən arif оl. Müəllif: Şah İsmayıl Xətai |
Mənbə: Şah İsmayıl Xətayi. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2005. s.352. |
Bir gözəlin vücudunun şəhrinə,
Bax, nəzər eylə də həmən arif оl.
Dükanında dedigin mətaına
Bax, nəzər eylə də həmən arif оl.
Seyr et özgə ərənləri görəsin,
Təbib sarar yürəgimin yarəsin.
Çərb eyləmə məhəbbətin çırasin,
Bax, nəzər eylə də həmən arif оl.
Hərcayi gözələ qоşma başını,
Hərcayilik edib atar daşını,
Müştəri bulunsa söz qumaşını,
Bax, nəzər eylə də həmən arif оl.
Xətayim der: – Rəhm etməzəm yalana,
Özün təslim edər kəndi gələnə,
Ay Əlidir, gün Məhəmməd bilənə,
Bax, nəzər eylə də həmən arif оl.