Bax (Aşıq İsmi)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Bax Müəllif: Aşıq İsmi |
Mənbə: Seyfəddin Qəniyev, 1918-Cİ İL ŞAMAXI SOYQIRIMININ AŞIQ, EL ŞAİRİ, ŞAİR VƏ ALİM ŞƏHİDLƏRİ. "Ozan dünyası" jurnalı, №1(22). 2015. |
Hər insandan lələ olmaz,
Sən Kərəm lələsinə bax.
Dillə ürək düz olmasa,
Duy ürəyin səsinə bax.
Nadən gəlib keçə başa,
Bir vicdan ki, dönə daşa,
Döz belə gərdişə, yaşa,
Onda işin tərsinə bax.
Dost tutanda, yar seçəndə,
İsmi, gəl yanılma sən də,
Bir adamla yol gedəndə,
Kök-soyuna, irsinə bax.