Bax (Aşıq Nəcəf)
Görünüş
| Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
| Bax Müəllif: Aşıq Nəcəf Daşkəndli |
Ay insafsız, qatil olma, göz aç girdikara bax!
Yeri, göyü yaradana, bir pərvərdigara bax!
Zülm edirsən, qan tökürsən yerə, göyə sığışmaz,
Aldanıb dünya malına, olma üzü qara bax!
Yaranmış hamı öləcək, hərənin bir vaxtı var,
Sorğu-sual, polu sirat, qabaqdadı, haqdı var.
Haqqın özü divan edər, ədalət bir təxti var,
Seçərlər günahkarları, yandırarlar nara bax!
Axtarır həsrət gözlərim, qohum-qardaş hardadı,
Alagözlü nazlı yarım, indi ahu-zardadı.
Yet dadıma, Şahi-Mərdan, yazıq Nəcəf dardadı!
Kərəm eylə, tut dəstindən, sən çıxar kənara bax!
Mənbə
[redaktə]- Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.22
- "Daşkənd və daşkəndlilər", Bakı, Hərbi Nəşriyyat, 2012. səh.36