Məzmuna keç

Bax (Qaranı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bax (Qaranı)
Müəllif: Qul QaranıXasta Hasan
Mənbə: Əli Şamil. "Ozan dünyası. №2(30)" (PDF). Bakı (az.). "Elm və təhsil". 2018. İstifadə tarixi: 2018-12-26.

Qul Qaranı:
Ey könül, oyan qəflətdən, ol dəmi-dövrana bax,
Hər sabah tezdən ərşə çəkilən ol karvana bax.
Dəryada mah, yerdə murğu, hamı onun əmrindədi,
Dünya heç kəsə qalmadı, hanı, Süleymana bax.

Xəstə Hasan:
Bizi yoxdan var eyləyən ol Tanrı sübhana bax,
Abı, ataş, xaki, baddan xəlq olan insana bax.
Adəmi sakin eylədi cənnəti İrizvana,
Onların qəsdi-qərəzi ol ləin şeytana bax.

Qul Qaranı:
İbrahim ki, İsmayılı apardı Ərəfətə,
Dedi: Ata, qolum bağla, sallam səni əzyətə.
Xışmla bıçağı çəkdi ol Həcərül Əsfətə,
Kim göndərdi, kim gətirdi ol qoçu qurbana bax!

Xəstə Hasan:
Hax taladan nida gəldi, “İncil” endi İsaya,
“Zabur” Davuda verildi, abu “Tövrat” Musaya.
Məhəmməd durdu qıvlaya, Məryəm girdi kilisaya,
Məhəmmədin hümmətinə oxunan Qurana bax!
(Aşıq İsgəndər Ağbabalı variantı)