Məzmuna keç

Bax (Xəstə Hasan)

Vikimənbə saytından
Bax
Müəllif: Xəstə Hasan
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.441; ISBN 978-9952-571-42-4

Bizi yoxdan var eləyən ol şahi-dildara bax,
Abı,ataş,xaki, baddan xəlq olunan insana bax,
İnsan üçün layiq bildi cənnəti rizvanını,
Onun qəsdi-qərəzi olan ol məlun şeytana bax.

Haqq-taladan nida gəldi "İncil" endi İsaya,
"Zabur" Davuda verildi, "Abu Tövrat" Musaya.
Məhəmməd durdu qıvlaya, Məryəm girdi kilsəyə,
Məhəmmədin hümmətinə oxunan Qurana bax.

Hasan deyər, qiyamətdə suru çalan kim oldu?
Əzrayıl ki, can alandı, onun canın kim aldı?
Gələndə ölüm bazarı, tarixlər tamam oldu,
Xudam qismət eləsə, beş əşrə Qurana bax.