Bax birisinə
Görünüş
Bax birisinə Müəllif: Xəstə Hasan |
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.446; ISBN 978-9952-571-42-4 |
Əvvəl dörd kitabdan, hər bir hesabdan,
Siftə qələm çalmış Hax birisinə.
Kəbeyi-şərifdə, Sami mehrabda,
Oxuyur katiblər: bax,birisinə.
Əzizim, Həbibim "Ya Rəsul’’, — dedi,
Əyyub dərdə düşdü, "yara sil",一 dedi.
Axdı qanlı hicran,"yarasil",一 dedi,
Niyə nəhlət endi,bax,birisinə.
Xasta Hasan deyər: bir budaq üstə,
Bayqunun məskəni bir budaq üstə.
İki alma bitmiş bir budaq üstə,
Biri şöylə verdi, bax birisinə.