Məzmuna keç

Bax mənə Yar! Hər yerdə axtarır dəli Könlüm Səni

Vikimənbə saytından
Bax mənə Yar! Hər yerdə axtarır dəli Könlüm Səni (1996)
Müəllif: RAUF CAVAD

Gəlmişəm seyr edim Gözəli, məclisi mənzərəni,
Əyləşib hər kəlmədə min-bir can, zikr edir Nazəni.

Mələklər seyr edir zikr əhlini, mən zülfünə dəli,
Olsun canım qurban, Sənə Heyran, görəm naz qəmzəni.

Könlüm, Sənə dəli-divanə vurğun, sevgili canan,
Dərdini çəkməkdən qəlb yarə, gəl seyr et qəm xanəni.

Mənki bir sərsəri qəmgin, səhrayə əsir düşmüşəm,
Bax mənə Yar! Hər yerdə axtarır dəli Könlüm Səni!

Nazlı nəzərin, eylər əvarə, qəlbimi viranə,
Nə halə düşüb surət, boyanıb gül-lalə, gör məni.

Mən bir bülbüli canəm ki, olmuşam dəli-şikəstə,
Eşqim edir gülə ah-fəğan, gəzir həsrət çəməni.

Dərd salıb məni Qərib, çöllərə, Dilbər həsrətindən,
Nə qocalmaz sevgim nə də solmaz, qoxlar Yasəməni.

Görsə qəlb Reyhan gülünü, Rauf könlü olar xoşnud,
Qalıb hər yerdə gözüm, gəzir-axtarır can, Gülşəni!