Bayatı-tapmacalar (Molla Cümə)
Görünüş
Bayatı-tapmacalar Müəllif: Molla Cümə |
Mənbə: Aşıq Şəmşirin anadan olmasının 120 illiyinə həsr olunmuş "Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir mərhələsi" mövzusunda Beynəlxalq Elmi Konfransın materialları (PDF) (az.). "Nurlan". 2013. 2017-05-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-09. |
Aşiqəm mən bir ata,
Bir oğula, bir ata.
Səksən qatır, yüz dəvə
Yüklənibdir bir ata.
Mən aşiqəm bir yerdə,
Bir göydədir, bir yerdə.
Haq yaratdı, görmədi,
Mən görmüşəm bir yerdə.
Xuda çatmaz dada, Cümə,
Yetməzsən murada, Cümə.
Sirr vermə gəl yada, Cümə,
Cəfan gedər bada, Cümə.