Məzmuna keç

Bayatılar/L

Vikimənbə saytından
K Bayatılar. L hərfi ilə başlayan bayatılar
Müəllif: Şifahi xalq ədəbiyyatı
M
Sister Projects. Həmçinin baxın: Haqqında •

Laləsi qanlı dağlar
Qovğalı, qanlı dağlar
Elimin anasıydın,
Sənoldun qanlı dağlar

Ləl içindən üz ləli,
Sərraf kimi düz ləli.
Namərd gəlib mərd olmaz,
Yüz sızılda, yüz ləli.

Lələ bir kümə tikdi,
Ağzını günə tikdi.
Özü köç üstündədi,
Küməni kimə tikdi?

Lələ mənəm, lələ mən,
Dinməyirəm hələ mən,
Dərddən, qəmdən, hicrandan,
Bağlamışam şələ mən.

Lələ yerin Arqalı,
Mələməz, ay Arqalı.
Kəsəkəs meydanında,
Namərd qaçar, ər qalı.