Bayatılar (Şah İsmayıl Xətai)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Bayatılar Müəllif: Şah İsmayıl Xətai |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Xətaiyəm xəttarəm,
Həq sirrine settarəm,
Həkimlerin dərmanı,
Tebiblərə ettarəm.
Xətaiyəm bir haləm,
Əlif üstiündə daləm,
Sufiyəm teriqətdə,
Həqiqətdə abdaləm.
Xətaiyəm, ver cəvablən,
Qırmızı gül gülablen,
Səndən can esirgəmem,
Zira kim, bir hesablen.
Xətai işin düşer,
Gəlib, gedişin düşer,
Dişlemə çiy löqmeni,
Yerinə dişin düşər.