Məzmuna keç

Bayatılar (Əhməd Cavad)

Vikimənbə saytından
Bayatılar (Əhməd Cavad)
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27.

Samovarı doldumu?
Çaynikdə çay oldumu?
Sizdən sual alıram,
Bizə izin oldumu?

Qateq qırağ toxmacar,
Yel əsib, burcun açar.
Dost buxoylu qalibdi,
Gətir ona bir açar.

Yağış yağar Şirvana,
Gün doğar hər bir yana.
Нə deyilmi yar gəlir,
Şəm kimi yana-yana!

Gördüm Qateq qırağı,
Düşdüm yardan irağı.
Nə məni yandırırsan,
Ay gözümün çırağı?!

Hayleylə girdim bağa,
Qızıl gülü dərmağa.
Qızıl gül bəhanədir
Sevən yarı görmağa.

Tullanıb girdim bağa,
Başım qoydum bayrağa.
Qorxa-qorxa gedirdim,
Gözüm sataşdı sağa.

Balta qoydum bucağa,
Yar gəlibdir ocağa.
On beş yaşdakı qızı
Götürəydim qucağa.

Ağac başında qarğa,
Ağzı dolu qovurğa.
Sizin kimi şeyləri
Yolda mənə buyurğa.

Ə1 vuraram qaşığa,
Söz deyərəm aşığa.
Mən səni alacağam,
Məhləmə yaraşığa!

О qıza bax, о qıza,
Çəpərdən baxır bizə.
О qızı bizə verməsən,
Axirət olmaz sizə.

Göydəki dan yıldıza,
Maraldakı buynuza.
Heyf deyilmi о şahbaz,
Həsən deyən donquza?!

Aşiqəm, gül alanda,
Gül bitər Gülalanda.
Şükri yadıma düşər,
Əlimə gül alanda.

Məscidin bucağında,
Şam yanar ocağında.
Baş qoyub, can verəydim,
Dostumun qucağında.