Bayatılar (Aşıq Lələ)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Bayatılar Müəllif: Aşıq Lələ |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]Aman ahı Lələnin,
Qibləgahı Lələnin.
Ya gec tutar, ya da tez
Bir gün ahı Lələnin.
Aman fələk sis günə,
Pərdə çəkib sis günə.
Yaxşı öldü qurtardı,
Lələ qaldı pis günə.
Aşıq hardan gələsi,
Belində var şələsi.
Gedin xəbər söyləyin
Gəlir Yaxşı Lələsi.
B
[redaktə]Başqa bir bəxşişi yox,
Hər yetənlə işi yox.
Gözündə dünya heçdi
Lələnin Yaxşısı yox.
Başa geymiş ya məndil,
Səni elər yaman dil,
Lələ, fəna dünyada,
Ya zərbəft gey, ya məndil.
Bu dağlar kömürdəndi,
Keçən gün ömürdəndi.
Lələ bir qovun dərdi
Tağları dəmirdəndi.
Bu Lələ handa mələr,
Urumda, Şamda mələr,
Yaxasız köynək geymiş
Bacasız lamda mələr.
Q
[redaktə]Qapının yanı Lələ,
Sözümün canı Lələ,
Qamı doyandan sonra
Deyərlər hanı Lələ?
Qarşımızda laləzar,
Nədən çəkdin nalə, zar?
Bu gələn canan oldu,
Dəxi çəkmə Lələ, zar.
Qarşımızda yay damı,
Lələ tikdi yay damı
Payız cənnət, qış qurci
Yaz sultandı, yay damı.
D
[redaktə]Dağlarda qar, qış oldu,
Ömrümə dar qış oldu.
Lələnin şirin sözü
Fələyə qarğış oldu.
Dağlarda Lələ gəzər,
Belində şələ gəzər.
Çiynində dərd-qəm yükü
Belədən-belə gəzər.
Dəyirmanın püsgünə,
Çaxçaxına, püsgünə,
Ay Lələ, Yaxşı öldü
Səni qoydu pis günə.
E
[redaktə]Eləmi Babı haray,
Arqalı, Babı haray.
Haram çox aşdı-daşdı,
Boş qaldı qabı haray.
Eləmi Babı haray,
Arqalı, Babı haray
Yoruldum yolda qaldım
Qalmamış tabım, haray.
Eləmi bağrı qara
Bir quş var bağrı qara,
Dərd əlindən Lələnin
Sinəsi, bağrı qara...
Eləmi, dalda nacağı
Lələnin daldanacağı
Bax, a Yaxşı, Yaman gəlir,
Tutubdu dalda nacağı.
Eləmi daşı ilə,
Dağlarm daşı ilə.
Lələ sənə toy tutar
Gözünün yaşı ilə.
Eləmi kömürdəndi,
Keçən gün ömürdəndi.
Lələnin canı divək,
Dizləri dəmirdəndi.
Eləmi Lələ dağı,
Dəyişdi lələ dağı.
Dağların sinəsindən
Çəkilməz Lələ dağı.
Eləmi Lələ dağı
Dəyişməz Lələ dağı.
Nə dağ onu unudar,
Nə də ki, Lələ dağı.
Eləmi Lələ dərdim,
Hər yerdən nalə dərdim.
Bir kimim, kimsənəm yox
Ağzımnan ala dərdim.
Eləmi Lələ məndən,
Qiymət ver lələ məndən
Sən getdin qəm Hicranın
Əl çəkmir hələ məndən.
Eləmi naləsiylə,
Dağlarm laləsiylə
Razıdı Lələ ölə,
Qalmaya beləsiylə.
Eləmi hər Arqalı,
Parababı, Arqalı,
Sərasər meydanında
Namərd qaçar, ər qalı.
Eləmi ha bitər gün.
Qarı yeyər, dilər gün.
Yamanm tənəsindən
Lələ oldu didərgin.
Eləmi ha Qarqarmar
Ovsunçuya qarqar mar.
Lələnin yollarını
Utanmazmı qar qarmar.
Eləmi ha gəl, Lələ,
Kəsməz yolun şəl, Lələ.
Lələ ləl ola bilər
Ola bilməz ləl Lələ.
Eləmi ha tur dağlar,
Gəl boynunu bur dağlar.
Gəlmişdim Lələ üçün
Lələ köçüb yurd ağlar.
Eləmi ha xana var,
Sultana var, xana var.
Lələnin sinəsində
Böyük bir qəmxana var.
Ə
[redaktə]Əzizim vurma dağı,
Lələyə vurma dağı.
Ağlama bacı Zeynəb
Sinəmə vurma dağı.
Əzizim Lələ məni,
Sinənə bələ məni.
Məmən neştərə dönə
Köksümdən lələ məni.
G
[redaktə]Geymisən pərsəngini,
Gey, sallan pərsəngini.
Lələ, dağlar götürməz
Dərdinin pərsəngini.
L
[redaktə]Lələ ay kimi batmaz,
Gecə sübhədək yatmaz.
Onun kimi adamı
Fələk bir də yaratmaz.
Lələ bir gümə tikdi,
Ağzını günə tikdi.
İçinin sahibi yox
Kim bilsin kimə tikdi.
Lələ dağdan belə gəl,
Dolan dağdan belə gəl.
Yaman ova çıxıbsan
Səni vurar belə gəl.
Lələ der: ağı damlar,
İtirib ağı damlar.
Yoxsulun ömrü boyu
Gözündən ağı damlar.
Lələ der: aylar məni,
Ulduzlar haylar məni.
Yükümdü möhnət yükü
Yordu bu taylar məni.
Lələ der vətənsizəm,
Qolundan tutansızam.
Qürbətdə can verirəm
Ölürəm, kəfənsizəm.
Lələ der: el ayağı,
Pis olmaz el ayağı.
El görməz, oba görməz
İt yesin elə yağı.
Lələ der: itil burdan,
Uzaqdı İtil burdan.
Yerini bil hər görən
Deməsin itil, burdan.
Lələ der: yanım ağrır,
Duraram canım ağrır.
Fələyin qırmağından
Tamam əndamım ağrır.
Lələ der divana könlüm,
Düşmüş divana könlüm,
Kimi görsə vurulur
Dəli, divana könlüm.
Lələ deyir sən yara,
Gəl dərdimə sən yara,
Malım, dövlətim yoxdu
Nə verəyim sən yara.
Lələ deyir al malı,
Yaxşı tanı al malı,
Neçin bağa gəlmirsən?
Yanaqları almalı.
Lələ deyir nə sən yar,
Bağrım başın kəsən yar,
Ləzzətindən doymaram
Şəkərmisən, nəsən yar?!
Lələ der: yanana yan,
Düşmə bir yanana yan,
Nə yanırsan boş yerə
Səninçün yanana yan.
Lələ deyir yoldadı,
Gör dünya nə haldadı,
Kimi axirət evinə
Kiminin gözü maldadı.
Lələ der: lələləndim,
Dərd-qəmlə silələndim.
Bir somya tikmək üçün
Qarğmı şələləndim.
Lələ der: mən çəkərəm,
Nə mədəd var, nə kərəm.
Öyrənmişəm qoy üstə
Dərdini mən çəkərəm.
Lələ der: od adamı,
O cənnət, o da damı.
Sən ki, məni yandırdm
Yandırmaz od adamı.
Lələ der: saxla məni,
Ox götü oxla məni.
Nə atam var, nə anam
Hərdən gəl yoxla məni.
Lələ der: sezən mənəm,
Hər dərdə dözən mənəm.
Göz yaşlı, ürək qəmli
Sərgərdən gəzən mənəm.
Lələ der: sinəsi var,
Tutubdu sinəsi var.
Olmuşam dərd dəlisi
Deyirlər cinisi var.
Lələ der: sicim gördüm,
Sicimin ucun gördüm.
Mən belə bilmirdim heç
Fələyin gücün gördüm.
Lələ deyir: tağ ayır,
Sən zülfünü tağ ayır.
İrəli dur, a Yaxşı,
Gir bostana tağ ayır.
Lələ der: çoxdu, çoxdu,
Fələyim toxdu, toxdu
Ürəkdə bir dərdim var
Çarəsi yoxdu, yoxdu.
Lələ, incə dur burdan
Min atını sür burdan.
Getdin, yerini tanı,
Deməsinlər dur, burdan.
Lələ də öldü getdi.
Qəlbləri böldü getdi.
Qoy Lələ də bilsin ki,
Gözəl şah gəldi, getdi.
Lələ, yemə yad aşı,
Ya ağı ye, ya daşı.
Qəm yükü taya-taya
Ya uzaq ol, ya daşı.
Lələ, yerin Arqalı,
Mələməz ay arqalı,
Kəsakəs meydanında
Namərd qaçar, ər qalı.
Lələ yetərgin oldu,
Sözü bitərgin oldu.
Bir tənəli söz ilə
İtdi, didərgin oldu.
Lələ gəzdi obanı,
Ağrımadı dabanı
Fələk vurub eylədi
Gözəl şahm çobanı.
Lələ gəzir mahalı
Sözlə bəzir mahalı
Çox gəzib, çox dolanıb
Olub hər işdən halı.
Lələ, gəz Ləngəbəzi,
Qəşəti, Ləngəbəzi.
Bir yamanm birisi
Salıbdı ləngə bizi.
Lələ öldü bez gəti
Arşm apar, tez gəti.
Nə qonşudan söz apar,
Nə qonşuya söz gəti.
Lələ, şaha dolan var,
Tökülən var, dolan var,
İlqarınm ucundan
İmanmdan dönən var.
Lələ şah lələsidi,
Əcəl-can tələsidi.
Lələnin qəbri üstə
Gözəl şah gələsidi.
Lələ haqq lələsidi
Düzlüyün Lələsidi
Lələnin başı üstə
Şah quşu gələsidi.
Lələ el ağsaqqalı
Darar tel, ağ saqqalı
Zülm çox ömür sürsə
Şahım, el ağsaq qalı.
Lələ, gəl keç bu taya,
Bu xırmandı, bu taya.
Yüklənib qəm karvanı
Sən də yapış bu taya.
Lələ mənəm, arsızam
Söyüd kimi barsızam.
Möhlət əydi yıxıldım
Dedilər ki, karsızam.
Lələ hara Lələsi
Belindədi şələsi,
Dərd-qəm yeyib içini
İmkanı yox güləsi.
Lələ mənəm, Lələ mən,
Yük altdayam hələ mən.
Fələk çəkdiyi dağı
Gəzdirirəm hələ mən.
Lələ mənəm, Lələ mən.
Yük altdayam hələ mən.
Dərddən, qəmdən, hicrandan
Bağlamışam şələ mən.
Lələ der: mən yaralı,
Nizə deyən saralı.
Zarı-zarı səs gəlir
O da mənəm yaralı.
Lələyəm, atam yoxdu,
Tanrıdan butam yoxdu.
Düşdüm qəm dəryasına,
Qolumdan tutan yoxdu.
Lələyəm ağrır başım,
Qürbətə düşdü daşım.
Arqalıdan Babıya
Piyada necə aşım?!
Lələyəm ah, üzüldüm,
Qayıqlara düzüldüm.
Bircə ağ gün görmədim
Dərd-qəm altda üzüldüm.
Lələyəm bu başdan mən,
Yemərəm hər aşdan mən.
Nə atam var, nə anam
Yaranmışam daşdan mən.
Lələyəm vətənsizəm,
Qolundan tutansızam.
Qürbətdə can verirəm
Ölürəm, kəfənsizəm.
Lələyəm dərdə kərəm,
Bağlanıb dərdə Kərəm.
Qoşaram qəm kotanın
Sürərəm dərd əkərəm.
Lələyəm - od adamı,
O cənnət, bu da damı,
Sən ki məni yandırdın
Yandırmaz od adamı.
Lələyəm lələləndim,
Beşiyə mən bələndim
Əkdim, biçdim, sovurdum
Arxama şələləndim.
Lələyəm mən arsızam.
Söyüd kimi barsızam.
Möhnət əydi yıxıldım
Dedilər ki, karsızam.
Lələyəm, yaxşı Liqa,
Xub liqa, yaxşı Liqa.
Yaxşı elə yaxşıdı
Hamıdan yaxşı Liqa.
Lələyəm həyanım yox,
Al-yaşıl geyənim yox.
Yüz il bir yana getsəm,
Gəlmədi deyənim yox.
Lələyəm şah lələsi,
Kəsilər şah kəlləsi.
Öləndə qəbrim üstə
Şah oğlu şah gələsi.
Lələnin hər aymdan
El yatmaz haraymdan
Gündə bir kərpic düşür
Ömrünün saraymdan.
Lələni kim oyada,
Heç deməyin o yada.
Sözün ötmür, söyləmə,
Ürəyini oya da.
Lələnin çardağı var,
Gümüşdən bardağı var.
El bilməz, oba bilməz
Dağdan böyük dağı var.
Lələnin çardağı var,
Gümüşdən bardağı var.
Lələ gedib gəlməsə
Bil ki yolda yağı var.
Lələnin çayları var,
İlləri, ayları var.
Necə qaçsın bəladan
Qəm yüklü tayları var.
Lələyəm, Babı haray,
Ərğalı, Babı haray!
Namərd aşıb-daşsa da,
Bоş qalar qabı haray.
Lələ, yеrin Ərğalı,
Mələməz ay Ərğalı.
Kəsakəs mеydanında
Namərd qaçı, ər qalı.
Lələyəm, Ərşə başı,
Çоx vеrdim ər şabaşı.
Namərddən kişi оlmaz
Dəysə də, ərşə başı.
M
[redaktə]Mən Lələyəm ah mənə,
İmkan vermir ah mənə.
Görəsən bu qoyunu
Bağışlarmı şah mənə.
Mən Lələ der nə mən dad,
Ağ yüzündən nə mən dad,
Sən ol ədalətli şah
Nə sən dad et, nə mən dad.
Mən Lələ der o yar da,
Beyğu gəldi o yar da,
Çox yar gördüm, ötürdüm
Gözüm qaldı o yarda.
Mən Lələ der düşərab,
Harda yağmur düşər, ab?!
Nazlım saqi olanda
Verməz, bahadı şərab.
Mən Lələ der gözəl kəs,
Gəl bu bağrım gözəl kəs,
Heç qalmayıb cahanda
Səntək şəbih, gözəl kəs.
Mən Lələ der mərd ana,
Doğmuş səni mərd ana,
İkimiz də üz-üzə
Gəl görüşək mərdana.
Mən Lələ der güləndə,
Di gəl ağla güləndə,
Gül açılır sevdiyim
Lisan ilə güləndə.
Mən Lələ der qanar yar,
Eşq atəşim qanar yar,
Çox axtardım cahanda
Tapmadım bir qanar yar.
Mən Lələ der gülmüsən,
Süsənmisən, gülmüsən?!
Nolmuş bu gün de görüm
Baharmısan, gülmüsən.
Mən Lələ der yüzlə var,
Yüz qoynunda, yüz davar,
Bərəkallah söylərəm
Belə gözəl yüzdə var.
U
[redaktə]Uzunəli, bеz gəti,
Arşın apar tеz gəti.
Nə qоnşuya söz apar,
Nə qоnşudan söz gəti.
Y
[redaktə]Yarəhməd oğlu Lələ,
Müngərə qurub tələ.
Oturub yol ağzında
Gözləyir Mehdi gələ.