Bayatılar (Aşıq Qurbani)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bayatılar
Müəllif: Aşıq Qurbani
Mənbə: Qəzənfər Kazımov (2008). Seçilmiş əsərləri (10 cilddə, III cild) (az). Nurlan. Orijinal mənbədən 2018-09-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-09-05.

 
Bu yerlәrin aranı,
Tutubdu dağ aranı.
Pәri üçün Qurbani
Gәzәr eli-obanı.
 
Әzizim, Diriyә mәn,
Qurbanam Diriyә mәn.
Tarmar olsun bu yer,
Dönәrәm Diriyә mәn.
 
Әzizim Diri dağı,
Silinsin sinә dağı.
Ov üçün yararlıdır
Bizim bu Diri dağı.

Əzizim Diri dağı,
Duman, gəl, bürü dağı.
Xudam bir körpü salıb,
Arxası Diri dağı.

Vurdu bir talxa məni,
Şəms etdi xalxa məni,
Apar, qəbrim gendə qaz,
Göstərmə xalxa məni.

Әzizinәm bu dağdan,
Quşlar uçar budaqdan.
Qurbani köç edibdir,
Bu arandan, bu dağdan.
 
Hәsrәtindә yanaram,
Axtararam – araram.
Pәrini tapmasam mәn,
Diridә soraqlaram.
 
Pәrim bağda gül avlar,
Sәrim bağda gül avlar,
Qurbanı vurub tәlxәlәr,
Canın alıb zәrdablar.

Qurbani, çaldı mәni,
Oda yar saldı mәni.
Qoymadı murad alam,
Tәlx ilan çaldı mәni.

Bağrım başı әğyara,
Tәn әkübәn әğyara.
Mәhşәridir Qurbanın,
Yar qalanda әğyara.