Bayatılar (Sədallah Bərdəi)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Bayatılar Müəllif: Sədallah Bərdəi |
Mənbə: Nuriyеv A., "Kоmmunizm yоlu" qəzeti, 1986, 17 iyun. |
Əzizi gördü günü,
Sinəmdə kor dügünü.
Könül sevdiyin istər,
Göz istər gördügünü.
Namərdə söy əyilməz,
Mərd deməz gördügünü.
* * *
Əzizi mən də munun,
Nəsi var məndə munun?
Çox cəfalar çəkmişəm,
Yolunda mən də munun.
O cənnətə çıraqdır,
Kösöyü məndə munun.
* * *
Əziziyəm səlamət,
At oxunu səlamət.
Təkəbbür olmaginən,
Hər yetənə salam et.
Düşmə dilin oduna,
Sərin olsun səlamət.