Məzmuna keç

Bayaz

Vikimənbə saytından
Bayaz
Müəllif: Aşıq Hüseyn Şəmkirli
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Durum dolanım başıva,
Bir bəri bax, bəri, Bayaz!
Camalındı mahi-taban,
Xurşndin xavəri, Bayaz!

Ağ üzdə siyah tellərin,
Şəkərdən şirin dillərin,
Yapaxda qızıl güllərin,
Kənar elə xari, Bayaz!

Qaşlarım ərər kimidi,
Buxağın mərmər kimidi,
Sədrin qələmkar kimidi,
Dişlərin mirvari, Bayaz!

Cuna salıbdı başına,
Qızıl tanalar guşuna,
Aşiqi salmaz huşuna,
Yox imiş xəbəri, Bayaz!

Aşıq Hüseynin havası,
Kəmbəmdi sazının səsi,
Geyinibdi zər libası,
Üstundən kəməri, Bayaz!