Məzmuna keç

Bayrağım enərkən

Vikimənbə saytından
Bayrağım enərkən
Müəllif: Ümmügülsüm Rəsulzadə
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Sen, Bayrağım! Yüksek şanlarınla enərkən,
Mavi göyə bir duman gəldiyini gördüm bən.
Qoynundakı ağ nurlu ay-ulduzum sönərkən,
Üzərimə doğacaq günəşlərdən bezdim bən.

Al-yaşıllı bağında çiçəklərin solarkən,
Ürəyimdə pek acı bir inilti yüksəldi.
Hıçqırıqlar içində bayılırkən, düşərkən,
Məni tutub qaldıran xain, murdar bir əldi.

Yazıq, səni Bayrağım, endirdilər öyləmi?
Səni yıkıp devirən o zəhərli ruzigar,
O haqq yeyən haqsızlar, vəhşilər, tanrısızlar,
Yanar ocağımı da söndürdülər, öyləmi?
Bir röyamı oldu o gördüklərim hepisi?
Bağlandımı üzümə türk elinin qapısı?

1920