Beş çörək
Görünüş
Beş çörək Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bir kişi hər gün bazara gedib beş dənə çörək alarmış.
Bir dəfə kişi dostlarından birinə rast gəlir. Dostu ondan soruşur:
– De görək ki, sən nə üçün beş dənə çörək alırsan?
Kişi ona belə cavab verir:
– Birini mən özüm yeyirəm, ikisini borc verirəm, ikisini də borcuma verirəm.
– Başa düşmürəm, – deyə dostu dillənir. – Bir əməlli-başlı danış ki, səni başa düşə bilim.
– Məsələ belədir. Çörəyin birini mən özüm yeyirəm, ikisini uşaqlarıma verirəm, ikisini də atamla-anama.