Beşdi
Görünüş
Beşdi Müəllif: Aşıq Alı |
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23. |
Vücudi-adəm üstündə,
Fəhm et, budağı beşdi.
Dörd balu-pər kənarında
Seyr et, yarağı beşdi.
Vuran, görən, bilən əhli
Əsasıdır vücudun.
Üçü aşkar, iki pünhan,
Bais marağı beşdi.
Şərafət nazil olanda
Haşimin övlatlarına
Yüz on dörd surə bəxş oldu
Ol Xudadan adına.
Sidqinən iltimas eylə,
Yetər mömin dadına.
Hökmü aşkar, özü baqi,
Əsl mərd ağa beşdi.
Kənar etməz bəni-insan
Candan dərdi, nə qəmi.
Mövciyyatı təqdir etdi,
Yox tədbirin nə cəmi.
Bətni ana, tifil növrəst,
Əri piran aləmi.
Cəm eyləsən birər-birər,
Yazsan, varağı beşdi.
Alı, çağır imdadına
O şahların şahını.
Müqəddəs xak kənar etməz
Ərşi-əla ahını.
Bəşər üçün kəlam yazdı
Həqiqətin xakını.
Söfvt, Tövrat, Zənbur, İncil,
Quran sorağı beşdi.