Məzmuna keç

Bekarlara nəsihət

Vikimənbə saytından
Bekarlara nəsihət
Müəllif: Mirzə Əli Möcüz


Hәr şәxs gәrәk eylәyә bir sәnәtә xidmәt,
Bir iş görә, ta olmaya mehtaci-cәmaәt.
Naçar gәrәk iş görә qışda, hәmi yayda,
Çün müftә deyil çay, çörәk, qənd, pendir, ət!
Amma elә bir iş görәsәn ki, onu tari
Mәn eylәmәyә, şәri-pәyәmbәr verә rüxsәt.
Mey satmağı mәn eylәyib allah tәala,
Var mәnfәәti satmağın; amma, o ticarәt
İslamә yaraşmaz-onu satsın vә qazansın;
Mömün onu satsa, gedәr imani o saәt,
Mey içsә, gәzәr kuçәvü bazarı tumançaq,
Mömün kişi tez keflәni, ey әhli-dәyanәt.
Gәh nәrә çәkәr, gәh qәmә-qәddarә müsәlman
Bir botri[1] әrәq eylәsә daxil bә imarәt.
Әkkasә deyin ağzını bassın suya hәr gün,
Bir qәdri, siz allah, verin әkkasә nәsihәt.
Bir yaxşı düşün, heç bilisәn, neylisәn, oğlan,
Xәllaqmisәn ki, çәkisәn nәqşә vә surәt?
Qorxum budur axir verә ruh әksә Hәsәnxan,
Әks ağzın aça, söylәyә: Ey әhli vilayәt,
Әkkas olursuz, hәr nә olursuz-olun, әmma
Bikar oturun, eylәmәyin xәlqә әziyyәt!
Hәrçi deyirәm hacıya, vermir mәnә dükkan,
Bilmәm niyә hacı sözümә etmir itaәt?
Ey kaş, sınaydı dәvәnin qol-qıçı yolda,
Hacı qayıdaydı evә başәrmü xәcalәt.
Ey kaş, itireydi pulunu yolda tәmamәn,
Nә Mәkkә görәydi, nә Mәdinә, nә ziyarәt!
Eyvah mәnim halimә ki, millәt ayıldı,
Bәh, bәh, nә xoş әyyam idi, әyyami-cәhalәt!
Әkkas nәdir, әks nәdir? Bilmәz idik heç,
Çox yaxşı keçirdi bizim әyyami sәbavәt.
Sındı әlәmim, öldü әlәmdarım o gün ki,
Haçı, mәşәdi eylәdi tәbdili-qiyafәt.
Hәr nә deyirәm hacıya: Rәngin qaralıbdır,
Ver izn, qoyum daluva bir yaxşı hәcamәt.
Baxmır sözümә, gәlmiri hәmmamә vә lakin
Axır boğacaq hacını әfrati-hәrarәt.
Düşdü necә ki, moddan o baş yarmaq, әmoğlu,
Moddan düşәcәkdir o hәcamәt dә nәhayәt.
Sәqqәl gedәcәk, bığ gedәcәk, çümlә kökündәn,
Hәr kәs qoya sәqqәl, ona eylәllә şәmatәt.
Möcüz, demәdim mәn sәnә dәllak dükanında
Xәlqin bığına-saqqalına etmә dәxalәt?
Çox bizlәmә, qoy yuxluya bu köhnә qafalar,
Eyvah, әgәr diksinә, bidar ola millәt!
Qolların açıb, gәrnәşә gәr bu canavarlar,
Taqәt gәtirәmmәz daxi zәnciri-әsarәt.
Sәn xud sәbәb oldui bu işә, xәlqi ayıltdın,
Yatmaz daxi bu qovm, ila ruzi-qiyamәt.

İstinadlar

[redaktə]
  1. butulka