Belə (Molla Cümə)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Belə
Müəllif: Molla Cümə
Mənbə: Paşa Əfəndiyev (2017). Molla Cümə (həyatı və yaradıcılığı) (az). "Ləman nəşriyyat poliqrafiya". Yoxlanılıb 2018-08-31.

İndən belə ar-namusu ataram,
Yoğurram ciyərim daş ilə belə,
Yarın həsrətindən matəm tutaram,
Qan ağlar gözlərim yaş ilə belə.

Şəyird ərzin elər öz ustadına,
Təbibsiz xəstənin yet imdadına,
Ayaq turabına, əziz adına,
Qoyaram canımı baş ilə belə.

Cüməni gözündən yar saldı getdi,
Viranə könlümü qəm aldı getdi.
Can sənin yanında bil, qaldı getdi,
Oynatma gözünü qaş ilə belə.