Belə olmaz

Vikimənbə saytından
Belə olmaz
Müəllif: Çoban Əfqan
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Ay ağalar, ay qazılar,
Belə olmaz, belə olmaz!
El malına tamarzılar,
Belə olmaz, belə olmaz!

Aləmə saldınız azar,
Can alırsız, açıq-aşkar,
Xalqı soyur qaraullar,
Belə olmaz, belə olmaz!

Kimisi cəlladtək qəsdə,
Kimisi də kəmərbəstə,
Döymə oğlu, ata üstə,
Belə olmaz, belə olmaz!

Yorqanı yox bürünməyə,
Qörxur gözə görünməyə,
Öyrənmişik sürünməyə,
Belə olmaz, belə olmaz!

İnsaflı ol, a hökmüdar,
Çox da qolda qüvvətin var,
Çoban Əfqan dözməz, ağlar.
Belə olmaz, belə olmaz!