Ben yürürəm yana-yana, eşq boyadı bəni qana
Görünüş
Ben yürürəm yana-yana, eşq boyadı bəni qana Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25. |
Ben yürürəm yana-yana, eşq boyadı bəni qana,
Nə aqiləm, nə divana, gəl gör bəni eşq neylədi?!
Gəh əsərəm yellər kİbi, gəh tozaram yollar kİbi,
Gəh aqaram sellər kibi, gəl gör bəni eşq neylədi?!
Aqar sulayın çağlaram, dərdlü cigərüm dağlaram,
Şeyxüm anuban ağlaram, gəl gör benİ eşq neylədi?!
Ya elüm al qaldur bəni, ya vəslünə irdür bəni,
Çoq ağlatdun, güldür bəni, gəl gör bəni eşq neylədi?!
Bən yürürəm eldən-elə, şeyx soraram dildən-dilə,
Ğürbətdə halum kim bilə, gel gör benİ eşq neylədi?!
Məcnun oluban yürürəm, ol yan düşdə görürəm,
Oyanub mə’Iul oluram, gəl gör bəni eşq neylədi?!
Miskin Yunus biçarəyəm, başdan-ayağa yarəyəm,
Dost elindən avarəyəm, gəl gör bəni eşq neylədi?!