Məzmuna keç

Bezar oldum

Vikimənbə saytından
Bezar oldum
Müəllif: Abdulla Şahbəndə
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Ağa beylər, eşit sözüm,
Mən dünyadan bezar oldum.
Telmirədir iki gözüm,
Yalançıdan bezar oldum.

Bir baxmadı göz yaşıma,
Yar yiye olsun leşimə.
Nə günler gəldi başıma,
Şirin candan bezar oldum.

Gözüm açıb cəfa görüb,
Bir neçə vaxt işrət sürüb,
Dəli həm divanə olub,
Bu canımdan bezar oldum.

Xəlil olub gezdim göldə,
Qətra yaş qalmadı gözdə.
Dura bilməm ulu eldə,
Eli-gündən bezar oldum.

Daim Məcnun çöldə gəzdi,
Ferhad Bistun dağın qazdı,
Xəlil təni-nara dözdü,
Bu tənimdən bezar oldum.

Nələr gördüm bu cahanda,
Arman qaldı şirin canda.
Şükür eyləgil Şabəndə
Bu canından bezar oldum.